İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı keçirilir.
“İki sahil” xəbər verir ki, bu gün Azərbaycan millisinin üç üzvü 1/16 finalda rinqə çıxacaq.
Nicat Hüseynov və Murad Allahverdiyev ilk, 1/32 finalda qalib gələn Zaur Qəhrəmanov isə ikinci döyüşünü keçirəcək.
7 sentyabr
1/16 final
Zaur Qəhramanov (65) - Yusi Falkao Dos Reis (Braziliya)
Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)
Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)
8 sentyabr
1/8 final
Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/Yonas Yazeviçyus (Litva) cütünün qalibi
Qeyd edək ki, Azərbaycan millisi mundiala 11 idmançı ilə yollanıb. Onlardan Zaur Qəhrəmanovdan başqa, Sübhan Mamedov və Səidcəmşid Cəfərov da mərhələ adlayıb. Beş boksçumuz isə mübarizəni erkən başa vurub.