08 sentyabr 2025 01:05
173

Mbappe: Dembele "Qızıl Top"a layiqdir"

"Real"ın və Fransa millisinin futbolçusu Kilian Mbappe "Qızıl Top" mükafatından danışıb. 

“İki sahil” xəbər verir ki, o, "Telefoot" nəşrinə verdiyi açıqlamada mükafatı qazanmalı olan oyunçunun adını çəkib: 

"Usman Dembele "Qızıl Top"a layiqdir. Mən onu əvvəlcədən dəstəkləmişəm. Mən qərar versəydim, mükafatı düz onun evinə gətirib verərdim". 

Qeyd edək ki, Usman Dembele ötən mövsüm PSJ-nin heyətində 53 oyuna çıxaraq 35 qol vurub və 16 qolun ötürməsini edib.