08 sentyabr 2025 17:00
119

Aİ Rusiyadan neft və qaz aldığına görə Çinə sanksiyalar tətbiq edə bilər

Avropa Komissiyasının rəhbərliyi Çin və digər üçüncü ölkələrə Rusiya neft və qazını aldığına görə sanksiyaların tətbiqi imkanlarını müzakirə edir.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, bu, ABŞ-ın Moskvanın Ukraynaya qarşı hərbi əməliyyatları maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq istəyinin artması fonunda edilib.

FT sentyabrın 7-də Aİ-nin yeni sanksiyalar paketinə nələrin daxil ola biləcəyi ilə bağlı danışıqlara başladığını qeyd edir. Nəşrin üç mənbəsinin məlumatına görə, Rusiya neft və qazının əhəmiyyətli alışını həyata keçirən Çinə qarşı mümkün əlavə sanksiyalar məsələsi qaldırılıb.