Məşhur britaniyalı küçə rəssamı Benksi sosial şəbəkələrdə Londondakı Kral Ədalət Məhkəməsinin binasının divarlarında yeni işinin fotosunu yerləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Yeni divar rəsmində xalatlı hakimin etirazçını toxmaq ilə döyməsi təsvir olunub. Kişi sol əlində qanlı bayraq tutaraq yerdə uzanıb.
Yeni divar rəsminin konkret bir hadisə ilə əlaqəsi olmadığı qeyd edilir. Rəssam əsərinə "Royal Courts of Justice. London" şərhini yazıb.
Anonim rəssam Benksi ictimai və siyasi mövzularda küçə sənəti əsərləri ilə tanınır. Onun əsl adı məlum deyil, rəssam anonim işləyir. Rəssamın əsərləri hərraclarda milyonlarla dollara satılır. Ən bahalısı isə hərracda 25,4 milyon dollara satılan “Çobandakı sevgi” tablosu olub.