Fransanın Mülki Aviasiya Baş Müdirliyi (DGAC) "Hər şeyi bloklayaq" şüarı altında gözlənilən etirazlar fonunda çərşənbə günü ölkənin bir sıra hava limanlarında hava əlaqələrinin kəsiləcəyini proqnozlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə qurum "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Məlumata görə, fasilələr Marsel-Provans, Nitsa, Bastiya, Fiqari və Kalvi hava limanlarına gediş və gəlişlərə təsir edəcək. Uçuşların gecikməsi və ləğvi çərşənbə günü saat 18:00-dan (Bakı vaxtı ilə 20:00-dan) etibarən proqnozlaşdırılır.
Fransa mətbuatı qeyd edir ki, son vaxtlar internetdə Fransada sentyabrın 10-na planlaşdırılan total müddətsiz boykota çağırışlar yayılır.