09 sentyabr 2025 14:28
121

Rusiya hökumətinin nümayəndə heyəti Dəməşqdədir

Rusiya hökumətinin sədr müavini Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyəti Dəməşqdədir.

“İki sahil” bu barədə SANA agentliyinə istinadən bildirib.

Məlumata görə, Rusiya nümayəndə heyəti bir sıra suriyalı rəsmilərlə danışıqlar aparmaq niyyətindədir.

Danışıqların əsas mövzularının iqtisadiyyat, təhlükəsizlik, müdafiə və siyasətlə bağlı olacağı gözlənilir.