09 sentyabr 2025 15:08
135

Estoniyanın hərbi büdcəsi 10 milyard avroya çatdırılacaq

Estoniyanın hərbi büdcəsi 4 il ərzində 10 milyard avro artacaq.

“İki sahil” xəbər verir ki, bu barədə müdafiə naziri Hanno Pevkur "Estoniya 2035" müdafiə strategiyasını təqdim edərkən bildirib.

"Müdafiə büdcəsi 2026-cı ildə 2 milyard avrodan çox, 4 il ərzində isə ümumilikdə 10 milyard avrodan çox artacaq. Bu da ÜDM-in 5 %-ni keçəcək", - o qeyd edib.

H.Pevkur, son illərdə Estoniyanın öz müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayıb.