09 sentyabr 2025 08:55
102

Rusiya, Çin və Monqolustanla ilk birgə sərhəd mühafizə təlimləri keçirir

Çin, Rusiya və Monqolustanun silahlı qüvvələri "Sərhəd əməkdaşlığı - 2025" adlı birgə sərhəd müdafiə təlimləri keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə "Çjunqo ​​Szyunhao" informasiya resursu məlumat yayıb.

Məlumata görə, bunlar Çin, Rusiya və Monqolustan sərhədçilərinin sentyabrın 8-9-da üç ölkənin sərhədyanı ərazilərindən birində keçirilən ilk təlimləridir.

Onların məqsədi sərhəddə təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsində üç ölkə arasında strateji əməkdaşlıq səviyyəsini artırmaqdır.

Təlimlər zamanı üç ölkənin silahlı qüvvələrinin sərhəd mühafizəsi, birgə planlaşdırma və kəşfiyyat, eləcə də birgə zərbələr üzrə qarşılıqlı fəaliyyətin yeni modelləri tətbiq edilib.