09 sentyabr 2025 11:15
114

Tailand Ali Məhkəməsi keçmiş baş naziri bir il həbs cəzasına məhkum edib

Tailandın Ali Məhkəməsi keçmiş baş nazir (2001-2006-cı illər) Taksin Çinavatı bir il həbs cəzasına məhkum edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Tailandın PBS" telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, həmçinin üç həkim də cəzalandırılıb, onlardan birinə töhmət verilib, digər ikisinin lisenziyaları ləğv edilib. Araşdırma zamanı müəyyən edilib ki, onlar yanlış tibbi məlumat təqdim ediblər. Çünki Çinavatın əvvəlki cəzasını çəkdiyi zaman xəstəliyi kritik vəziyyətdə olmayıb.