09 sentyabr 2025 20:27
147

Azərbaycanın U-21 millisi seçmə mərhələdə ilk xalını qazanıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

“İki sahil” xəbər verir ki,  B qrupunda yer alan milli komandamız Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət kollektivlə qarşılaşıb.

“Liv Bona Dea Arena”da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da yığmamız seçmə mərhələdə ilk xalını qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunun I turunda səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub.