09 sentyabr 2025 20:28
142

Türkiyə Avropa çempionatında ilk yarımfinalçı oldu

Kişi basketbolçular arasında Avropa çempionatında ilk yarımfinalçılar bəlli olub.

“İki sahil” xəbər verir ki, 1/4 final mərhələsində Polşa yığmasına hesabı 91:77 hesabı ilə qalib gələn Türkiyə millisi adını növbəti raunda yazdırıb.

1/4 final mərhələsinin bu gün keçiriləcək digər oyununda Litva Yunanıstanla üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, yarımfinal matçları sentyabrın 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.