01 oktyabr 2025 23:30
103

İsrail onları Qəzza sektoruna buraxmır

İsrail Hərbi Dəniz Qüvvələri "Sümüd" humanitar flotiliya ilə əlaqə saxlayaraq istiqaməti dəyişməyi xahiş edib, çünki onun gəmiləri döyüş zonasına yaxınlaşır və Qəzza sektoruna dəniz blokadasını pozur.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Əgər siz Qəzzaya yardım çatdırmaq istəyirsinizsə, bunu müəyyən edilmiş kanallar vasitəsilə edə bilərsiniz. Xahiş olunur, Ashdod limanına doğru istiqaməti dəyişin, burada yardım təhlükəsizlik yoxlamasından keçiriləcək və sonra Qəzza sektoruna göndəriləcək", – İsrail Hərbi Dəniz Qüvvələrinin leytenantı gəmilərin ekipajına müraciət edib.