01 oktyabr 2025 23:43
108

ABŞ hökumətinin maliyyələşdirilməsi üzrə növbəti səsvermə oktyabrın 3-ü keçiriləcək

ABŞ-da hökumətin maliyyələşdirilməsini nəzərdə tutan layihə üzrə növbəti səsvermə oktyabrın 3-də keçiriləcək.

“İki sahil” xəbər verir ki, bugünkü səsvermə uğursuz olduqdan sonra Senat yəhudi üzvlərin Yom-Küppür bayramını qeyd edə bilmələri üçün bir günlük fasilə elan edib.

Qanunvericilər cümə və şənbə günləri səsverməyə qayıtmağı düşünürlər.

Səsvermə uğursuz olarsa, senatorlar bazar ertəsi, oktyabrın 6-sı toplanmağı planlaşdırırlar.