02 oktyabr 2025 13:29
121

Ermənistan parlamentində İrəvan və Bakı arasında sülh prosesi müzakirə ediləcək

Ermənistan parlamenti növbədənkənar iclas çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, gündəliyə parlamentin hakim "Vətəndaş müqaviləsi" fraksiyası tərəfindən hazırlanan "Ermənistan və Azərbaycan arasında sülhün təsis edilməsi haqqında" bəyanat layihəsi daxil edilib.