ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidməti Ermənistanın sərhəd qüvvələri ilə birlikdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində investisiya tələb edən istiqamətləri dəqiqləşdirərək, analitik metodologiya hazırlayacaq.
“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin məlumatında deyilir.
Qeyd olunub ki, bu işlər avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçiriləcək.
"ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin komandası 29 sentyabr-11 oktyabr tarixlərində Ermənistan sərhəd qüvvələri ilə birlikdə "Boşluqların/imkanların analizi" prosesi vasitəsilə imkanları qiymətləndirəcək və təkmilləşdirilməsi tələb olunan istiqamətləri müəyyən edəcək. Digər yerlərdə uğurla tətbiq edilmiş bu analitik metodologiya sərhəd təhlükəsizliyini gücləndirməyə kömək edəcək", - məlumatda bildirilib.