03 oktyabr 2025 15:09
86

Avropa Komissiyası Valensiyaya 1,6 milyard avroya yaxın vəsait ayırıb

Avropa Komissiyası daşqınlardan zərər çəkmiş Valensiyaya (İspaniya) təxminən 1,6 milyard avro ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Valensiyada baş verən daşqınlar Avropa üçün faciə oldu. Biz birlikdə kədərləndik, brpa və yenidənqurma üçün Avropa İttifaqı fondlarından təxminən 1,6 milyard avro ayırırıq", - o qeyd edib.