04 oktyabr 2025 12:47
120

Gürcüstan DİN təhlükəsizlik tədbirlərini gücləndirib

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) seçki günündə ictimai təhlükəsizliyin və asayişin qorunması məqsədilə Tbilisidə keçirilməsi planlaşdırılan aksiya ilə əlaqədar səfərbər olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilir ki, oktyabrın 4-də paytaxtda keçirilməsi nəzərdə tutulan aksiya ilə əlaqədar DİN-in müvafiq polis bölmələrinin əməkdaşları şəhərin müxtəlif yerlərinə səfərbər olunub.

“Mitinqin təşkilatçılarını və iştirakçılarını Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş çərçivədə aksiya keçirməyə, polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyə, onların xidməti vəzifələrinə mane olmamağa çağırırıq. İstənilən qanun pozuntusu polisin müvafiq hüquqi cavabı ilə nəticələnəcək”, - deyə DİN-in məlumatında qeyd olunub.