04 oktyabr 2025 13:11
122

İtaliyanın Baş naziri HƏMAS-ın ABŞ-ın sülh planına razılıq verməsini atəşkəs üçün prioritet hesab edir

İtaliyanın Baş naziri Ciorcia Meloni HƏMAS-ın ABŞ-ın sülh planına razılıq verməsini atəşkəs üçün prioritet hesab edir.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının məlumatında deyilir.

“Mən Qəzzada baş verənləri yaxından izləyirəm və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə sülh gətirmək səylərinə tam dəstəyimi bir daha təkrarlayıram. İndi hamı üçün prioritet bütün girovların dərhal azad edilməsinə səbəb olacaq atəşkəsə nail olmaqdır. İtaliya öz üzərinə düşəni etməyə hazırdır”, - deyə Ciorcia Meloni vurğulayıb.