04 oktyabr 2025 20:02
121

Vitkof və Kuşner Qəzza planını müzakirə etmək üçün Misirə yola düşüblər

ABŞ Prezidenti Donald Trampın elçiləri Cared Kuşner və Stiv Vitkof Qəzza planının təfərrüatlarını müzakirə etmək üçün Misirə yola düşüblər.

“İki sahil” “əl-Qahira24” saytına istinadla xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Qeyd olunur ki, onlar sabah keçiriləcək həlledici danışıqlarda iştirak edəcəklər. Danışıqlarda əsirlərin azad olunması üçün görüləcək tədbirlər, Qəzza zolağındakı müharibənin dayandırılması yolları və davamlı sülh sazişinə nail olunması məsələləri müzakirə olunacaq.