06 oktyabr 2025 00:33
121

Tramp İslandiyanı Rusiyanın sualtı qayıqlarını izləmək üçün NATO-da saxlayıb

ABŞ Prezidenti Donald Tramp ilk səlahiyyət müddətində İslandiyanın alyans Rusiya sualtı qayıqlarını izləmək imkanı əldə etsin deyə NATO-da qalmasına razılıq verib.

“İki sahil”in "The Guardian"a istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq "Mənim Nəzarətim Altında" adlı avtobioqrafiyasında yazıb.

İslandiyanın alyansa üzvlüyü ilə bağlı müzakirələr zamanı məlum olub ki, milli ordu olmadığından ölkə NATO-nun müdafiə investisiya tələblərini ödəyə bilmir.

"Bəs onda biz İslandiyadan nə istəyirik?",- deyə Tramp soruşub. Daha sonra Pentaqonun keçmiş rəhbəri Ceyms Mettis ABŞ prezidentinə izah edib ki, İslandiya Rusiya sualtı qayıqlarını izləmək üçün faydalı ola bilər.

Bundan sonra Tramp İslandiyanın NATO-da qalmasına icazə verib.