06 oktyabr 2025 09:56
124

İndoneziyada ölənlərin sayı 52-yə çatıb

İndoneziyada internat tipli məktəbin uçması nəticəsində ölən şagirdlərin sayı 52-yə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Detik" portalı məlumat yayıb.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbin qalıqları altından daha yeddi meyit çıxarıblar. Beləliklə, ölənlərin sayı 52-yə çatıb", - məlumatda qeyd edilib.

Daha əvvəl, 36 nəfərin həlak olduğu bildirilirdi.