06 oktyabr 2025 12:00
113

İsrailin Eurovision müsabiqəsindən kənarlaşdırılması qalmaqal yaradacaq - Merts

Almaniya kansleri Fridrix Merts bildirib ki, İsrailin Eurovision Mahnı Müsabiqəsində iştirakdan kənarlaşdırılması qalmaqal olacaq.

“İki sahil” xəbər verir ki, o, bu barədə ARD telekanalına müsahibəsində deyib.

"Mən hətta bu məsələnin müzakirəsini də qalmaqal hesab edirəm. İsrail də bunun bir hissəsidir", - o, deyib.

Merts əlavə edib ki, əgər İsrail müsabiqədən kənarlaşdırılarsa, Almaniya tədbir görməlidir.

Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançes Eurovision Mahnı Müsabiqəsinin təşkilatçılarını İsrailin iştirakı ilə bağlı ikili standartlarda ittiham edib.