Paris Birjasının indeksləri Fransanın baş naziri Sebastyan Lekornunun istefasından sonra enir. Fransanın əsas fond indeksi CAC 40 2%-dən çox aşağı düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
CAC 40 əvvəlki sessiyanın bağlanmasından bəri 1,91% ucuzlaşaraq 7 927 avroya çatıb. Kəskin azalma yerli vaxtla səhər saat 9:39-dan sonra, Lekornunun istefası elan edildikdən sonra başlayıb.
Qeyd edək ki, Lekornu Fransanın baş naziri təyin edildikdən bir ay sonra istefa verib.