Hindistanın Mahacan poliqonunda Rusiya-Hindistan İndra-2025 təlimlərinin açılış mərasimi olub. Onlar oktyabrın 15-nə kimi fəaliyyət göstərəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, onların əsas məqsədi beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq etməkdir.
Nazirlik bəyan edib ki, təlimlərdə digər məsələlərlə yanaşı, “terrorla mübarizə taktikasının təkmilləşdirilməsi” də diqqət mərkəzində olacaq. Onlar həmçinin bölmələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə və “müasir şəraitdə döyüş təcrübəsinin” mübadiləsinə diqqət yetirəcəklər.