09 oktyabr 2025 11:25
163

Mundiala neçə komanda vəsiqə qazanıb?

Oktyabrın 8-də Misir millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Cibutini 3:0 hesabı ilə məğlub edərək A qrupunda birinci yeri təmin edib. Bununla da onlar mundialda oynamaq hüququ qazanıblar.

“İki sahil” xəbər verir ki, Misir yarışda iştirak hüququnu təmin edən 19-cu komanda olub. Çempionatda ümumən 48 milli yarışacaq. 

Bugünə qədər final mərhələsində iştirakını təmin edən yığmalar aşağıda adları qeyd olunanlardır: 

ABŞ (təşkilatçı ölkə), Meksika (təşkilatçı ölkə), Kanada (təşkilatçı ölkə), Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Ekvador, Yeni Zelandiya, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir

Dünya çempionatı 2026-cı ildə Kanada, ABŞ və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda mübarizə aparacaq.