Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağı olacaq. Parisdəki “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Hazırda D rupunda Fransa 6 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - 4-cüdür.
Bu qrupun digər oyununda İslandiya Ukraynanı qəbul edəcək.
DÇ-2026, seçmə mərhələ
D qrupu
22:45. Fransa - Azərbaycan
Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff
VAR: Tom Harald Hagen
AVAR: Siqurd Krinqstad