10 oktyabr 2025 10:16
137

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq

Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə bu gün yekun vurulacaq.

“İki sahil” Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

Raundun bütün görüşləri PFL-in "AzPFL" yutub kanalında canlı yayımlanacaq.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

10 oktyabr

14:00. "Göygöl" – "Şəmkir"

Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Göygöl Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Quba" – "Xankəndi"

Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Quba Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, dünən gerçəkləşən görüşlərdə "Ağstafa Gəncləri" "Şirvan"ı (1:0), "Qaradağ Lökbatan" "Ağdaş"ı (8:0) "Sheki City" "Araz-Saatlı"nı (3:2), "Dinamo" isə əlavə vaxtda "Kür-Araz"ı (3:2) məğlub edərək Azərbaycan Kubokunun II təsnifat mərhələsinə yüksəliblər.