10 oktyabr 2025 09:54
135

Azərbaycanın şahmat yığmasıı Yunanıstanla heç-heçə edib

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında 5-ci turun görüşləri keçirilib.

“İki sahil” Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətin istinadən xəbər verir ki, kişilərdən ibarət yığma Yunanıstanla heç-heçə edib.

Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Bu turdan sonra aktivində 7 xalı olan Azərbaycan komandası 5-7-ci yerləri bölüşür.

Qadınlardan ibarət Azərbaycan millisi də Batumidə Yunanıstanla mübarizə aparıb. Görüş bərabərliklə yekunlaşıb 2-2. Hazırda 6 xalı olan qadınlardan ibarət komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu gün Avropa çempionatında 6-cı turun partiyaları oynanılacaq. Hər iki komandamız püşkə əsasən Ermənistan şahmatçılarıyla qarşılaşacaq.