“Standard and Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi İtaliyanın reytinqini “BBB+” səviyyəsində təsdiq edib.
“İki sahil” xəbər verir ki, reytinq üzrə proqnoz “stabil”dir. Bu müsbət tendensiya siyasi sabitlik və İtaliyanın dövlət maliyyəsinin yaxşılaşması ilə bağlıdır. Bu il təxminən 3 faizlik kəsir gözlənildiyi bildirilib.
“Standard & Poor's” ötən ilin aprelində İtaliyanın reytinqini yüksəldən ilk şirkət olub.