11 oktyabr 2025 12:22
117

Avstraliyada təyyarə aeroport ərazisində qəzaya uğradı

Avstraliyanın Yeni Cənubi Uels bölgəsindəki Şellharbor hava limanında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində üç nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Australian BroadCasting Corporation" (ABC) telekanalı məlumat verib.

"Şellharbor hava limanında təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub. Yüngül təyyarə havaya qalxdıqdan qısa müddət sonra düşərək parçalanıb", - deyə məlumatda bildirilib.

Qəzanın səbəbi hələlik açıqlanmayıb.