11 oktyabr 2025 11:24
132

Atəşkəsdən sonra Qəzzanın şimalına təqribən 200 min nəfər qayıdıb

Atəşkəs elan edildiyi andan etibarən, Qəzza zolağının şimalına təqribən 200 min nəfər qayıdıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Sky News" Qəzzada HƏMAS-ın nəzarətində olan Mülki Müdafiə Agentliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, İsrail və HƏMAS atəşkəs barədə razılığa gəliblər. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.

Sənədə əsasən, tərəflər döyüş əməliyyatlarını tamamilə dayandırmağı, girov və məhbusların mübadiləsinin aparılması üçün təhlükəsiz şəraiti təmin etməyi öhdələrinə götürüblər.