Kamçatkada 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.
Qeyd olunub ki, ayrı-ayrı rayonlarda yeraltı təkanlar dörd bala qədər hiss edilib.