12 oktyabr 2025 02:29
113

Pakistan daxili işlər naziri Əfqanıstanın sərhəd atəşini pisləyib

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi Əfqanıstandan Pakistan ərazisinin səbəbsiz atəşə tutulmasını kəskin şəkildə qınayıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi “X” səhifəsində paylaşılıb.

Nəqvi bildirib ki, Əfqanıstan qüvvələrinin mülki şəxsləri hədəfə alması beynəlxalq hüququn ciddi şəkildə pozulması deməkdir.