Əfqanıstan Müdafiə Nazirliyi (MN) Pakistana qarşı hərbi əməliyyatın uğurla başa çatdığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Əfqanıstanın "TOLO News" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Əfqanıstanın Müdafiə Nazirliyi ölkənin hava məkanına dəfələrlə müdaxilə və hava hücumlarına cavab olaraq, sərhəd boyunca Pakistan təhlükəsizlik qüvvələrinin dayaq nöqtələrinə qarşı tədbir görüb.
Nazirlik həmçinin xəbərdarlıq edib ki, növbəti insident baş verərsə, Əfqanıstan Silahlı Qüvvələri sərhədləri qoruyacaq və qəti cavab verəcək.