12 oktyabr 2025 16:30
127

"Kəpəz" onu yenidən transfer etdi

“Kəpəz” heyətinə yeni oyunçu cəlb edib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb. 25 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Rauf ötən mövsümü də “Kəpəz”də keçirib. O, 27 matça çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.