12 oktyabr 2025 17:09
145

Çarlz Oliveyra UFC rekordunu yeniləyib

Braziliyalı MMA döyüşçüsü Çarlz Oliveyra UFC-nin Rio-de-Janeyro turnirində Mateuş Qamrotla görüşün ikinci raundunda boğma fəndi tətbiq edərək qalib gəldikdən sonra 50 min dollar məbləğində "Gecənin çıxışı" bonusuna layiq görülüb.

“İki sahil” "Sport24" nəşrinə istinadən xəbər verir ki, bununla da Oliveyra turnir bonuslarının ümumi sayı (21) üzrə və "Gecənin çıxışı" bonuslarının sayı (14) üzrə UFC rekordunu yeniləyib.

Qələbə, həmçinin ona erkən qələbələrin (21) və rəqibin təslim olması ilə əldə edilən qələbələrin (17) sayında öz rekordlarını yaxşılaşdırmağa imkan verib.