12 oktyabr 2025 16:45
122

Adrien Silva karyerasını başa vurdu

Portuqaliya millisinin sabiq üzvü Adrien Silva karyerasını başa vurduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Silva vida paylaşımında bütün komanda yoldaşlarına, məşqçilərinə, azarkeşlərinə təşəkkür edib

Qeyd edək ki, Portuqaliya millisi ilə Avro-2016-nın qalibi olan Adrien Silva Avropada "Lester", "Monako" və "Sampdoriya"da oynayıb. O, son olaraq Birləşmiş Ərəb Əmirliklarınin "Yunayted" klubunda çıxış edib.