12 oktyabr 2025 16:56
115

ABL: II turun daha bir oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, günün ilk matçında "Sərhədçi" "Lənkəran"la üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 84:70.

Günün ikinci oyununda "Naxçıvan" "Sumqayıt"la qarşılaşacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94), "Sabah" isə NTD-yə (133:65) qalib gəlib.