“Yuventus”un hücumçusu Duşan Vlahoviç Almaniya Bundesliqasına keçə bilər.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, “Bavariya” serbiyalı forvardı transfer siyahısına daxil edib.
Xəbərdə bildirilib ki, Münhen klubunun nümayəndələri Vlahoviçin “Yuventus”dakı vəziyyətini diqqətlə izləyir.
Əgər Turin təmsilçisi onunla yeni müqavilə imzalamasa, “Bavariya” növbəti yayda 25 yaşlı hücumçunu azad agent kimi heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Vlahoviç cari mövsümdə A Seriyasında 6 oyun keçirib və 2 qolla yadda qalıb.