12 oktyabr 2025 23:35
113

Türkiyə klubunda yeni baş məşqçi

Türkiyənin “Kayserispor” klubu yeni baş məşqçisini açıqlayıb. 

“İki sahil” xəbər verir ki, bundan sonra Super Liqa təmsilçisinə Radomir Caloviç rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Monteneqrolu mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, Caloviç son olaraq Sloveniyanın “Maribor” klubunu çalışdırıb.