17 oktyabr 2025 10:08
155

Leysan yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağış yağır.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 17-si saat 10:00-a olan məlumatına əsasən düşən yağıntının miqdarı Astarada 15, Qubada 13, Zaqatalada 11, Şabranda 10, Oğuzda 7, Yardımlı, Lənkəran və Qusarda 5, Lerikdə 4, Xaltan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Xaçmaz, Qəbələ, Xızı, Şəki (Kişçay), Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır.

Sumqayıt, Şəmkir, Xızı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 18-i səhərədək davam edəcəyi gözlənilir.