26 noyabr 2025 19:08
40

Qvineya-Bisauda NƏ BAŞ VERİR?

Qvineya-Bisaunun paytaxtında prezident sarayı ərazisində atəş səsləri eşidilir.

“İki sahil” xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Məlumata görə, hərbi geyimdə olan şəxslər saraya gedən əsas yolu nəzarətə götürüblər. Hələlik atəşin bilavasitə binanın yaxınlığında, yoxsa qonşu məhəllələrdə açıldığı məlum deyil.

Sosial şəbəkələrdəki məlumatlara əsasən, atışma yerli vaxtla günorta saatlarında başlayıb və yüksək intensivliklə davam edir.

"Reuters" agentliyi şahidlərə istinadən prezident sarayından təxminən 1 km məsafədə yerləşən Milli Seçki Komissiyasının binası yaxınlığında atışma olduğunu bildirir. Vəziyyət qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, Seçki Komissiyası noyabrın 23-də keçirilən prezident və parlament seçkilərinin yekunları üzrə səsləri hesablayır. Prezident seçkilərinin ilkin rəsmi nəticələrinin noyabrın 28-də açıqlanması planlaşdırılır. Seçkilərdə hazırkı prezident Umaro Sissoko Embalo da daxil olmaqla 12 namizəd iştirak edib.

Daha əvvəl Qvineya-Bisaunun hazırkı başçısı dövlət çevrilişi nəticəsində prezident sarayındakı iş otağında həbs olunduğunu bildirib.