Bu ilin noyabrında "Bakı Metropoliteni" QSC 20 milyon 501 min 893 sərnişin daşıyıb.
“İki sahil” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,93 % çoxdur. Ötən ilin noyabrında Bakı metrosu ilə 19 milyon 539 min 229 sərnişin daşınmışdı.
Ötən ay NFC ilə ödəniş edərək daşınmış sərnişinlərin sayı 2 milyon 157 min 384 nəfər olub. NFC bütün ödənişli keçidlərin 11 %-ni təşkil edib.
Mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB