Azərbaycan və Cənubi Koreya arasında dayanıqlı maliyyə məsələləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Cənubi Koreyaya işgüzar səfər çərçivəsində bu ölkənin Mərkəzi Bankının sədri Çanq Yonq Ri ilə görüşdük, monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, dayanıqlı maliyyə məsələlərini müzakirə etdik. Bundan əlavə, sektorda texnoloji həllərin və yanaşmaların tətbiqi, dair təcrübələri nəzərdən keçirdik, həmçinin mərkəzi banklar arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mərkəzi bankçılıq sahəsində təcrübə və biliklərin paylaşılmasına dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB