05 dekabr 2025 23:57
107

Tarixi irsdən müstəqil dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu

Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana Sistemi və Masallı 1 saylı Mediasıya   Təşkilatının birgə  keçirdiyi növbəti tədbir  “Konstitusiya və Suverenlik ili” çərçivəsində "Tarixi irsdən  Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" adlanırdı.

Təşkilatçı müəssisələrin əməkdaşların, mədəniyyət işçilərin və gənclərin  qatıldığı tədbirə ev sahibliyi edən muzeydə  əvvəlcə  Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anıldı.

Tədbiri Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,  muzeyin direktoru Əntiqə Tağıyeva açdı və barədə ətraflı məlumat verdi.

Digər çıxışçılar-  Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Uşaq hüquqlarının    müdafiəsi üzrə komissiyanın məsul katibi  Zamin Məmmədov, Masallı 1 saylı Mediasıya Təşkilatının direktoru Xanhüseyn Səmədov və Masallı Mərkəzi Kitabxana Sisteminin baş biblioqrafı Günay Xəlilova Azərbaycan Konstitusiyasının dövlətçilik ənənələrinin möhkəmlənməsindəki əhəmiyyətindən, ölkədə insan hüquq və azadlıqlarının qorunmasında oynadığı rolundan  danışdılar. Həmçinin o da bildirildi ki, Konstitusiya müstəqil dövlətimizin başlıca hüquqi-siyasi dayağı olmaqla yanaşı, həm də  cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən əsas  fundamental sənəddir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü