24 dekabr 2025 09:46
181

Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.