29 dekabr 2025 00:50
74

"Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb

Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.