Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramına uyğun olaraq Əlincə çayından qidalanan və Bənəniyar gölünə tökülən su kanalında yenidənqurma işləri davam etdirilir.
“İki sahil” xəbər verir ki, uzun illərdir istifadə olunan və dövrün tələblərinə cavab verməyən kanalın yerində müasir standartlara uyğun, uzunluğu 6550 metr və su tutumu 5 kub olan yeni beton kanal salınır.
Layihəyə əsasən yeni kanal gölə suyun fasiləsiz və tənzimlənən şəkildə çatdırılmasını təmin edəcək, su balansının qorunmasını və eyni zamanda yerli əhalinin su təminatını yaxşılaşdıracaq.
Azərbaycan turizmi bu gün inkişafın YENİ MƏRHƏLƏSİNƏ DAXİL OLUB - Samir Dübəndi