25 yanvar 2026 18:23
91

Mozambikdə vəba 32 can alıb

Mozambikdə vəbaya yoluxanların sayı 2025-ci ilin sentyabr ayında epidemiyanın başlamasından bəri 2650-ə çatıb.

İki sahil” xəbər verir ki, bu barədə “Lusa” Mozambik Səhiyyə Nazirliyinin rəsmi məlumatlarına istinadən informasiya verib.

Qeyd edilib ki, ən azı 32 nəfər ölüb.

Epidemiyanın ən çox təsir etdiyi əyalət Nampula olub. Əyalətdə 17 ölüm və 1314 yoluxma halı qeydə alınıb. Tetedə 13 ölüm və 932 yoluxma, Kabo Delqadoda isə 2 ölüm və 404 yoluxma halı qeydə alınıb.

Mozambikdə əvvəlki vəba epidemiyası (2024-cü ilin oktyabrı - 2025-ci ilin iyulu) 64 nəfərin ölümünə, 4420 nəfərin isə sağalmasına səbəb olub.

Ölkənin səhiyyə naziri Ousseni İssenin sözlərinə görə, hakimiyyət orqanları vəba ilə mübarizə aparmaq üçün xaricdən 3,5 milyon doza peyvənd alıb. Məqsəd 2030-cu ilə qədər təkrarlanan vəba epidemiyaları problemini aradan qaldırmaqdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”