30 avqust 2026 14:29
155

Misli Premyer Liqasında 12 oyunun vaxtı açıqlandı

Misli Premyer Liqasında 5-ci və 6-cı turun oyunlarının vaxtı açıqlanıb.

“İki sahil” PFL-in saytına istinadən xəbər verir ki, görüşlər aşaıda göstrilən tarixdə oynanılacaq.

Misli Premyer Liqası, 5-ci tur

11 sentyabr (cümə)

“İmişli” – “Neftçi”
Yevlax şəhər stadionu, 16:30

12 sentyabr (şənbə)

“Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu, 17:30

“Sumqayıt” – “Şamaxı”
“SOCAR Polymer Arena”, 19:45

13 sentyabr (bazar)

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 16:30

“Zirə” – “Qarabağ”
Zirə İK stadionu, 19:00

14 sentyabr (bazar ertəsi)

“Şəfa” – “Sabah”
“SOCAR Polymer Arena”, 19:00

6-cı tur

18 sentyabr (cümə)

“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 17:30

“Qarabağ” – “Şəfa”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:45

19 sentyabr (şənbə)

“Sabah” – “İmişli”
“Bank Respublika Arena”, 19:45

“Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu, 17:30

20 sentyabr (bazar)

“Şamaxı” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu, 16:30

“Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu, 19:00

Qeyd: Misli Premyer Liqasının ilk 4 turunda tətbiq olunan süni işıqlandırma sistemi olmayan stadionlarda oyun keçirilməsi qadağası 5-ci turdan etibarən başa  çatdığına görə “İmişli” klubunun Yevlax şəhər stadionundan, “Araz-Naxçıvan” klubunun isə Şamaxı şəhər stadionundan istifadə etməsinə icazə verilib.